Bu gün “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirəcək.
Operativ Media xəbər verir ki, təmsilçimiz Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələcək. VII qrupun matçı “Sala Sporturilor Dunarea”da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.






