17 Oktyabr 2022, 16:39
Padalyok: “Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”

“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”.
“Operativ Media” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak "Twitter" hesabında yazıb.
O, qeyd edib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır.
M.Podolyakın sözlərinə görə, Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.
Qeyd edək ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA verməsini təkzib edir.