02 Mart 2023, 14:59
Almaniyadan Mavrikiyə uçan təyyarə turbulentliyə girib, 20 nəfər yaralanıb
Almaniyadan Mavrikiyə uçan təyyarə turbulentliyə girib, 20 nəfər yaralanıb şəkil
Almaniyadan Mavrikiyə uçan təyyarə turbulentliyə girib, 20 nəfər yaralanıb

Almaniyanın Frankfurt şəhərindən Afrikanın ada ölkəsi Mavrikiyaya uçan təyyarənin turbulentlik zonasına girməsi nəticəsində 20 nəfər xəsarət alıb.

"Operativ Media" xəbər verir ki, Almaniya Xəbər Agentliyinə (DPA) danışan aviaşirkətin sözçüsü Frankfurtdan Mavrikiyaya uçan “Condor DE2314” reysinin enişdən 2 saat əvvəl turbulentliyə girdiyini bildirib.

Sözçü bildirib ki, turbulans nəticəsində yaranan silkələnmə nəticəsində kabin heyəti də daxil olmaqla 20 nəfər xəsarət alıb.

Xəsarət alanların sağlamlıqlarının yoxlanıldığını qeyd edən sözçü turbulentlik zamanı təyyarənin kabinəsinin də zədələndiyini bildirib.

İçərisində 272 sərnişin və 13 nəfərlik heyət olan təyyarə yerli vaxtla saat 06:29-da Mavrikiyanın paytaxtı Port-Luis yaxınlığındakı hava limanına təhlükəsiz eniş edib.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı