Spaletti "Yuventus" tarixinin ən yaşlı məşqçisi olub

Əziz Əzizli
Spaletti "Yuventus" tarixinin ən yaşlı məşqçisi olub

"Yuventus"un yeni baş məşqçisi Luçano Spaletti yeni rekorda imza atıb:

Operativ Media "Football Italia"ya istinadən xəbər verir ki, o, komandanın ən yaşlı məşqçisi olub.

66 yaşlı italyan 2019-cu ildə 60 yaşında "Yuventus"a başçılıq edən həmyerlisi Mauritsio Sarrinin rekordunu təzələyib.

Spalletti həm də Cess Karver və Klaudio Ranyeridən sonra “İnter”, “Roma” və “Yuventus”a rəhbərlik edən üçüncü məşqçi olub.

Spalletti ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. İtalyan baş məşqçi həmçinin "Zenit", "Napoli", "Udineze", "Sampdoria", "Empoli", "Venesiya" və "Ancona"da da çalışıb.

Digər xəbərlər