02 Mart 2023, 17:12
Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs bərəsində cinayət işi məhkəməyə göndərilib
Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs bərəsində cinayət işi məhkəməyə göndərilib şəkil
Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs bərəsində cinayət işi məhkəməyə göndərilib

"Bərəkət” Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru Rəfail Hüseynovun  qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, istintaq zamanı Rəfail Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Neftçala rayonunda sudan qanunsuz istifadəyə şərait yaratması nəticəsində dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Rəfail Hüseynova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib