"Qarabağ"ın Çelsi ilə oyununa satılan bilet sayı açıqlandı
Əziz Əzizli
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) matçına satılan biletlərin sayı açıqlanıb
Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, indiyə qədər 27250 bilet satılıb.
“Qarabağ” – “Çelsi” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.