4SİM-in nümayəndə heyəti Malayziyada Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

Operativ Media
4SİM-in nümayəndə heyəti Malayziyada Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

4SİM-in nümayəndə heyəti Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Dünya İqtisadi Forumu (DİF) və Malayziya Dördüncü Sənaye İnqilabı Mərkəzi tərəfindən birgə təşkil olunan “Zəka Dövrünü gücləndirmək: Cənub-Şərqi Asiyada regional əməkdaşlığın dərinləşdirilməsi” adlı beynəlxalq tədbirdə iştirak edib.

Operativ Media xəbər verir ki, DİF-in Süni İntellekt Mükəmməliyi Mərkəzinin rəhbəri Kesi Linin də iştirak etdiyi tədbirin sessiyaları zamanı süni intellektin təhlükəsiz tətbiqi, sənaye klasterlərinin transformasiyası, rəqəmsal iqtisadiyyatın inkişafı və yaşıl enerji ticarəti kimi mövzular müzakirə olunub.

DİF-in Süni İntellekt Mükəmməliyi Mərkəzinin rəhbəri Kesi Linin də iştirak etdiyi tədbirin sessiyaları zamanı süni intellektin təhlükəsiz tətbiqi, sənaye klasterlərinin transformasiyası, rəqəmsal iqtisadiyyatın inkişafı və yaşıl enerji ticarəti kimi mövzular müzakirə olunub.

Tədbir çərçivəsində 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov sənayedə texnoloji transformasiya mövzusunda panel sessiyada çıxış edərək Azərbaycanın “Sənaye 4.0 Hazırlıq” Proqramı və DİF-in “Keçid edən sənaye klasterləri” təşəbbüsü üzrə ölkəmizdə görülən işlər barədə məlumat verib.

4SİM nümayəndələri Malayziya Dördüncü Sənaye İnqilabı Mərkəzi və DİF tərəfindən birgə təşkil olunan “Süni İntellekt” və “Enerji” adlı qapalı sessiyalarda iştirak ediblər. Sessiyada süni intellektin enerji səmərəliliyi, dayanıqlılığı və karbonsuzlaşma proseslərində rolu müzakirə olunub.

Tədbir çərçivəsində Malayziya və Koreya Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin rəhbərliyi ilə keçirilən görüşlərdə fikir və təcrübə mübadiləsi aparılıb.

 

Şəkil Qalereyası

4SİM-in nümayəndə heyəti Malayziyada Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib - Şəkil 1
4SİM-in nümayəndə heyəti Malayziyada Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib - Şəkil 2
4SİM-in nümayəndə heyəti Malayziyada Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib - Şəkil 3

Digər xəbərlər