"Qalatasaray" Osimhenin transfer qiymətini müəyyənləşdirdi

Operativ Media
"Qalatasaray" Osimhenin transfer qiymətini müəyyənləşdirdi

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen Avropanın bir çox klubunun transfer siyahısında yer alıb.

Operativ Media  xəbər verir ki, İstanbul nəhəngi nigeriyalı futbolçunun qiymətini müəyyənləşdirib. Bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

Super Liqa təmsilçisi 25 yaşlı forvard üçün 140 milyon avro qiymət qoyub. Bundan aşağı olan təkliflər dəyərləndirilməyəcək.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni 2024-cü ilin yayında "Napoli"dən transfer edib. Super Liqa təmsilçisi bu ilin iyun ayında 75 milyon avro ödəyərək 26 yaşlı hücumçu transfer hüquqlarına yiyələnib. Nigeriya millisinin üzvü cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 9 rəsmi matçda 6 qol vurub.

Digər xəbərlər