Menyu

Vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb

Operativ Media
Vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb

"TikTok"da avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb.

O, "aksesuar auto" adlı "TikTok" səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər