AÇ: Azərbaycanın daha 6 cüdoçusu mübarizəyə qoşulur
Əziz Əzizli

Moldovanın paytaxtı Kişinyovda cüdo üzrə U-23 Avropa çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, ikinci yarış günündə 4 çəki dərəcəsində 6 Azərbaycan cüdoçusu mübarizə aparacaq.
Kişilər üzrə yarış proqramı:
-81 kq
1/16 final: Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)
1/8 final: Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə
-90 kq
1/16 final: Aslan Kotsoyev – Rayan Askofar (Fransa)
1/8 final: Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə
-100 kq
1/8 final: Əjdər Bağırov – Fares Mexux (Fransa)
+100 kq
1/8 final: Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)
Təsnifat görüşləri saat 12:00-da, final mərhələsi isə saat 18:00-da başlayacaq.