Menyu

“Azercell” iki internet paketi üzrə tarifləri artırıb

Operativ Media 11201 baxış
“Azercell” iki internet paketi üzrə tarifləri artırıb

“Azercell Telekom” MMC daha iki internet paketi üzrə tarifləri artırır.

Operativ Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. 

Belə ki, qərara əsasən, dekabrın 1-dən “GigaMax” və “GigaMax+” internet paketləri üzrə qiymətlər 2 manat artırılaraq müvafiq olaraq 16,9 manatdan 18,9 manata və 26,9 manatdan 28,9 manata qaldırılıb. 

Bununla yanaşı tariflər üzrə müvafiq olaraq indiyədək mövcud olan 1 və 7 mb/s maksimal sürət limitləri aradan qaldırılır. 

Tariflər üzrə müvafiq olaraq təqdim edilən 60 və 80 GB internet həcmi isə olduğu kimi qalıb. 

Eyni zamanda dekabrın 1-dən etibarən “GigaMax” və “GigaMax+” internet paketlərə yeni qoşulmalar dayandırılır. 

Göstərilən tarixədək bu paketləri aktivləşdirən abunəçilər mövcud abunəliklərini ləğv edənədək xidmətlərdən istifadəni davam etdirə biləcəklər. 

Əlaqəli Xəbərlər