Menyu

Bakıda qadın şahmatçılar arasında dünya çempionatına vəsiqə uğrunda seçmə matça start verilib

Əziz Əzizli
Bakıda qadın şahmatçılar arasında dünya çempionatına vəsiqə uğrunda seçmə matça start verilib

Bakıda qadın şahmatçılar arasında dünya çempionatına vəsiqə uğrunda Azərbaycan və Özbəkistan komandalarının seçmə matçına start verilib.

Operativ Media xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti və yarışın baş hakimi olan Faiq Həsənov çıxış ediblər. 

Seçmə matçın 1-ci turunda ilk rəmzi gedişi nazir Fərid Qayıbov edib. Azərbaycan və Özbəkistan komandaları arasında seçmə matç sabah yekunlaşacaq və noyabrın 18-23-də İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatına vəsiqənin sahibi məlum olacaq.

Əlaqəli Xəbərlər