Ana səhifə / Ölkə / İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb 02.11.2025, 11:08 Operativ Media Dünən İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Operativ Media xəbər verir ki, hadisə Buynuz kəndi ərazisində olub. Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
25.01.2026, 09:30 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Sumqayıt"a, "Sabah" "Karvan-Yevlax"a qarşı