Ana səhifə / İdman / Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb 02.11.2025, 16:39 Operativ Media Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinə təyinat alıb. Operativ Media xəbər verir ki, 38 yaşlı hakim IV tur çərçivəsində keçiriləcək "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edəcək. Ona Zeynal Zeynalov, Akif Əmirəli və Elçin Məsiyev kömək edəcək. Niderlandlı Rob Diyperink VAR hakimi, Yeron Manshot isə AVAR hakimi olacaq. Qeyd edək ki, görüş noyabrın 4-də keçiriləcək.