02 Mart 2023, 20:32
Bayden kütləvi qırğın silahları ilə mübarizə haqqında memorandum imzaladı

ABŞ Prezidenti Co Bayden bu gün kütləvi qırğın silahları (KQS) ilə terrora qarşı mübarizə və bütün dünyada nüvə və radioaktiv materialların təhlükəsizliyini gücləndirmək üçün milli təhlükəsizlik memorandumunu imzalayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
İmzalanmış sənəd ABŞ-ni və beynəlxalq ictimaiyyəti kütləvi qırğın silahları ilə bağlı terrorizmin yaratdığı ekzistensial təhlükələrdən qorumaq və qeyri-dövlət subyektləri tərəfindən kimyəvi, bioloji, radioloji və nüvə silahlarından istifadənin qarşısını almaq kimi davamlı milli təhlükəsizlik prioritetlərini təşviq edir.