Menyu

"Barselona" Reşforda yeni müqavilə üçün şərt qoyub

Əziz Əzizli
"Barselona" Reşforda yeni müqavilə üçün şərt qoyub

"Barselona" icarə əsasında "Mançester Yunayted"in hücumçusu Markus Reşfordla daimi müqavilə üzrə danışıqları davam etdirir.

Operativ Media xəbər verir ki, bu haqda "Diario Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, ispan klubu 28 yaşlı ingilis futbolçunun maaşının hazırda həftəlik 370 min avro civarında azaldılmasına razılıq verməsini istəyib. Bunun müqabilində ona uzunmüddətli müqavilə təklif olunacaq.

Hücumçunun İcarə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. 2025/26 mövsümündə Reşford 14 matçda 6 qol vurub, 7 məhsuldar ötürmə edib.

"Transfermarkt" futbolçunun transfer dəyərini 40 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər