Menyu

Qvardiola: "Holann Ronaldo və Messi ilə eyni səviyyədədir"

Əziz Əzizli
Qvardiola: "Holann Ronaldo və Messi ilə eyni səviyyədədir"

Mançester Siti"nin baş məşqçisi İngiltərə çempionatının 10-cu turunda "Bornmut"la matçda (3:1) iki qol vuran hücumçu Erlinq Holandın oyun səviyyəsini yüksək qiymətləndirib.

Operativ Media xəbər verir ki, o, bu haqda oyun sonrası mətbuat konfransında danışıb.

"Əlbəttə, yenə çox yaxşı oynadıq, Erlinq həlledici rol oynadı. Bu, bir az da Messi və ya Kriştiano ilə oynamağa bənzəyir, anlayırsınızmı? Onların təsiri çox böyükdür. O, bu səviyyəyə çatıb? Bu oğlanın çıxışını görürsən? Allahım, bəli, əlbəttə ki, o, Kriştiano və Messi ilə eyni səviyyədədir", - ispan məşqçi qeyd edib.

2025/26 mövsümündə 25 yaşlı norveçli 13 matçda 17 qol vurub və 1 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər