Menyu

Vensan Abubakar “Neftçi”də tarixi debütə imza atdı

Əziz Əzizli
Vensan Abubakar “Neftçi”də tarixi debütə imza atdı

"Neftçi”nin futbolçusu Vensan Abubakar Azərbaycan Premyer Liqasındakı debütündə ardıcıl 2 oyunda qol vurub.

Operativ Media xəbər verir ki, kamerunlu hücumçu IX turun “Qəbələ” (2:0) və X turun “Kəpəz”lə (5:1) matçlarında fərqlənib. Hər görüşdə 1 dəfə fərqlənən afrikalı forvard Premyer Liqanın son 6 mövsümündə yeganə debütantdır ki, ilk iki qarşılaşmanı qolsuz tərk etmir.

Turnirin tarixində sonuncu belə debüt 2019/20 mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.

Əlaqəli Xəbərlər