Menyu

“Qarabağ” – “Çelsi” oyunu öncəsi mətbuat konfranslarının vaxtı açıqlandı

Əziz Əzizli
“Qarabağ” – “Çelsi” oyunu öncəsi mətbuat konfranslarının vaxtı açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) matçından əvvəl təşkil olunacaq mətbuat konfranslarının və media nümayəndələri üçün açıq məşqlərin vaxtları açıqlanıb.

Operativ Media xəbər verir ki,  baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

London təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə İngiltərədə gerçəkləşəcək.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Əlaqəli Xəbərlər