Menyu

II Liqa: "Dinamo" qalib gəldi, "Şəki Siti" heç-heçə etdi

Operativ Media
II Liqa: "Dinamo" qalib gəldi, "Şəki Siti" heç-heçə etdi

Azərbaycan 2-ci Liqasında bu gün 7-ci tur start götürüb.

Operativ Media  xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

"Quba" evdə "Şirvan"la 1:1 hesablı heç-heçə edib. "Dinamo" "Araz-Saatlı"ya böyük hesabla qalib gəlib - 4:1.

“Şəki Siti” - “Göygöl” görüşündə idə qapılara qol vurulmayıb.

Qeyd edək ki, turun digər 3 oyunu sabah baş tutacaq.

Azərbaycan 2-ci Liqası

1-ci dövrə, 7-ci tur

3 noyabr (bazar ertəsi)

“Quba” – “Şirvan” 1:1

Qollar: İ.Azaxov, 45 - E.Xəlilli, 22.

“Şəki Siti” – “Göygöl” 0:0

“Dinamo” – “Araz Saatlı” 4:1

Qollar: F.Dəmirov, 19, V.Seyidov, 28, Y.Qarayev, 62, A.Nurəhmədov, 82 - H.Rüstəmov, 75.

Əlaqəli Xəbərlər