Menyu

"Barselona" Holann üçün "Mançester Siti"yə Olmonu verməyə hazırdır

Əziz Əzizli
"Barselona" Holann üçün "Mançester Siti"yə Olmonu verməyə hazırdır

"Barselona" 2026-cı ilin yayında "Mançester Siti"nin hücumçusu Erlinq Holannı transfer etməkdə maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda "El Nacional" məlumat yayıb.

Mənbələrin məlumatına görə, “Barselona” 25 yaşlı forvardın transferi üçün İngiltərə klubuna yarımmüdafiəçi Dani Olmo və pul təzminatı təklif etməyi planlaşdırır. Qeyd olunur ki, Olmonun transferində "Siti"nin baş məşqçisi Pep Qvardiola uzun müddətdir maraqlanır.

Bu mövsüm norveçli futbolçu 13 oyunda iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Holannın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir.

"Transfermarkt" portalı onun dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər