Menyu

FİFA "Sabah"ın sabiq futbolçusu ilə bağlı qərarını açıqladı

Operativ Media
FİFA "Sabah"ın sabiq futbolçusu ilə bağlı qərarını açıqladı

FIFA-nın Apellyasiya Komitəsi Malayziya millisinin 7 futbolçusuna qarşı sanksiyaları qüvvədə saxlayıb.

Operativ Media  xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

FIFA daha əvvəl yığmanın 7 futbolçusunu 12 aylıq diskvalifikasiya etmişdi. Buna səbəb onların sənədləri saxtalaşdırması idi. Futbolçular arasında vaxtilə “Sabah”da oynamış Cin İrasabal da var.

Oyunçular diskvalifikasiya ilə yanaşı, 2100 avro məbləğində cərimələnib.

İrasabal 2022-2025-ci illərdə “Sabah”da çıxış edib. O, bu yay Malayziyanın “Johor” klubuna keçib.

Əlaqəli Xəbərlər