Noyer: "Bavariya PSJ-dən qorxmur və qələbə üçün oynayacaq"
Əziz Əzizli
"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının IV turunda PSJ-yə qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
Operativ Media xəbər verir ki, Noyer mətbuat konfransında jurnalistlər qarşısına çıxıb.
“Biz PSJ-dən qorxmuruq. Onlara qarşı oynamağı sevirik və qələbə qazanmaq üçün mübarizə aparacağıq. Ayıq-sayıq olmalı, belə güclü və sürətli rəqiblərə qarşı etibarlı müdafiə qurmağa çalışmalıyıq. Parisliləri bu yolla məğlub etmək istəyirik”.
Komandalar arasındakı qarşılaşma noyabrın 4-də Parisdə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.