Ana səhifə / İdman / Marko Yankoviç Monteneqro millisinə çağırıldı Marko Yankoviç Monteneqro millisinə çağırıldı 04.11.2025, 13:58 Operativ Media “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisinə dəvət edilib. Operativ Media xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Cəbəllütariq (14 noyabr) və Xorvatiya (17 noyabr) ilə oyunlara çağırılıb. Qeyd edək ki, Monteneqro millisi L qrupunda 7 turdan sonra 6 xalla hazırda 4-cü pillədədir. Xorvatiya isə 16 xalla qrupun lideridir.
24.01.2026, 23:39 Starmer və Tramp Ukraynada uzunmüddətli atəşkəsin vacibliyi barədə razılığa gəliblər