“Qarabağ” və “Neftçi”nin ilk dövrə derbilərində statistika açıqlandı
Operativ Media
Bu həftə Misli Premyer Liqasında Azərbaycan derbisi baş tutacaq.
Operativ Media Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İndiyədək 18 dəfə “Neftçi”, 14 dəfə “Qarabağ” mövsümün ilk derbisinə ev sahibliyi edib.
Komandaların ilk dövrə oyunlarında “Qarabağ” üstündür – 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi 35-25.
Komandaların ilk dövrə oyunu “Qarabağ”ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub, top fərqi 22-12.
Komandaların ilk dövrə oyunu “Neftçi”nin meydanında keçiriləndə ev sahibləri 6 qələbə, qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzub, top fərqi 13-13.