Azərbaycan yığması VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başladı
Operativ Media
Azərbaycanın qadınlardan ibarət voleybol yığma komandası Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.
Operativ Media xəbər verir ki, yığmamız İran komandasını 3:0 (25:11, 25:16, 26:24) hesabı ilə məğlub edərək yarışda ilk görüşdə inamlı nəticə göstərib.