Menyu

7 noyabrda pulsuz hüquqi yardım aksiyası keçiriləcək

Operativ Media
7 noyabrda pulsuz hüquqi yardım aksiyası keçiriləcək

“Konstitusiya və Suverenlik İli”, eləcə də 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, 7 noyabr 2025-ci il tarixində ölkə üzrə fəaliyyət göstərən bütün vəkil qurumlarında pulsuz hüquqi yardım aksiyası – “Açıq qapı” günü təşkil olunacaq.

Operativ Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Məlumata görə, aksiya çərçivəsində aztəminatlı və sosial həssas qruplardan olan vətəndaşlar yaşadıqları ərazilərdə yerləşən vəkil bürolarına müraciət edərək pulsuz hüquqi yardım ala biləcəklər.

Qeyd edilib ki, “Açıq qapı günü” saat 09:00-dan 18:00-dək davam edəcək.

Əlaqələndirici şəxs:

Afət Qaziyeva – Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin direktor müavini

Telefon: (012) 594-99-85, (050) 340-09-81

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər