Menyu

Elvin Cəfərquliyev: “Bütün Azərbaycanın gözü bizdə olacaq”

Operativ Media
Elvin Cəfərquliyev: “Bütün Azərbaycanın gözü bizdə olacaq”

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “Çelsi” ilə oyun öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.

Operativ Media  xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb:

“Sabah çox böyük komandaya qarşı oynayacağıq. Bunun fərqindəyik. Çox inamlı, mübariz və səbirli olmalıyıq. Bilirik ki, bu oyunun mahiyyəti böyükdür. Bütün Azərbaycanın gözü bizdə olacaq. Komanda olaraq çox rahat oynamalıyıq. Rəqibi təhlil etmişik, mənfi və müsbət tərəflərini bilirik. Fərqli sistemdə oynayırlar. Ani səhv hər şeyi həll edə bilər. Rəqibin güclü futbolçuları var. Komanda olaraq oyuna hazırıq".

O, “Çelsi”nin sağ cinahında oynayacaq Estevao barədə də danışıb:

“Bu cür böyük oyunlarda temp yüksək olur. Birəbir mübarizələrdə çox yaxşı oynamağı bacarmalısan. Belə futbolçulara qarşı çox oynamışıq. Bilirik harada nə etməliyik. Mübarizələrə girəndə vərəqə yox, top almağı fikirləşirəm".

Cəfərquliyev London təmsilçisinin zəif tərəflərinə də toxunub:

“Bu gün onların mənfi tərəflərindən danışmasam, yaxşıdır. Sabah oyunda göstərsək, yaxşı olar. ‘Çelsi’ni təhlil etmişik, fərqli sxemdə oynayırlar. Çox yüksək pressinq edirlər, amma boşluqları da olur. Sabah Allah qoysa, bundan istifadə edə bilərik".

Əlaqəli Xəbərlər