Menyu

Baş prokuror Zəngilanda konfransda çıxış edir

Operativ Media
Baş prokuror Zəngilanda konfransda çıxış edir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans təşkil olunub.

Operativ Media-ya bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış mübarizələrdə şəhid olmuş qəhrəman əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Baş prokuror Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycan xalqının bu möhtəşəm Qələbəni Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik kursuna, Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinə, eləcə də xalq–ordu birliyinə borclu olduğunu vurğulayıb.

Hazırda konfrans davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər