Menyu

Qobustan sakinindən narkotik vasitə götürülüb

Nərmin Qocamanlı
Qobustan sakinindən narkotik vasitə götürülüb

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Adəm Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. 

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər:

"Qobustan sakinindən narkotik vasitə götürülüb"

Əlaqəli Xəbərlər