"Çelsi" Bakıya 22 futbolçu gətirib
Əziz Əzizli

Bu gün Çempionlar Liqasının 4-cü turunda Bakıda "Qarabağ"la qarşılaşacaq "Çelsi" artıq Bakıya gəlib.
Operativ Media xəbər verir ki, "zadəganlar" bəzi itkilərlə paytaxtımıza gəlsə də, komandanın aparıcı üzvləri heyətə daxil edilib.
"Çelsi"nin Bakıya gətirdiyi futbolçular aşağıdakı kimidir:
Qapıçılar: Filip Yorqensen, Maks Merrik, Robert Sançes
Müdafiəçilər: Yoş Açemponq,Tosin Adarabioyo, Trevo Çaloba, Mark Kukurelya, Uesli Fofana, Malo Qusto, Yarrel Hato, Ris Ceyms
Yarımmüdafiəçilər: Fakundo Bunanotte, Enzo Fernandes, Romeo Laviya, Moyzez Kaysedo, Andrey Santos
Hücumçular: Liam Delap, Alexandro Qarnaço, Tarik Corc, Ceymi Gittens Mark Qiui, Joao Pedro, Estevao.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçına saat 21:45-də start veriləcək.