Badamdarda yolun çökmə səbəbi araşdırılır - ADSEA
Operativ Media
Bakının Səbail rayonu, Badamdar şossesində yol çöküb.
Operativ Media Qafaqazinfo-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, Neftçilər küçəsində qeydə alınıb.
ADSEA-dan Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sözügedən vəziyyətlə bağlı əraziyə Bakı Sukanal İdarəsinin qəza briqadası cəlb edilib.
"Ərazidə qəzanın baş vermə səbələri ilə bağlı araşdırma aparılır. Araşdırmalardan sonra dəqiq səbəb məlum olacaq, hər hansı səbəbdən asılı olmayaraq müvafiq sukanal idarəsi tərəfindən qəza aradan qaldırılacaq", - məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net