"Real Madrid" mövsümün sonunda Vinisiusu sata bilər
Operativ Media

“Real Madrid” rəhbərliyi braziliyalı hücumçu Vinisiusu 2026-cı ilin yayında satmaq qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, bu qərar La Liqanın 10-cu turunun “Barselona” ilə oyununda (2:1) baş verən insidentdən sonra verilib . "Real Madrid"in prezidenti Florentino Peres futbolçunun qalmaqallı davranışından bezib.
Oktyabrın 26-da "Real Madrid" - "Barselona" matçında Vinisius 72-ci dəqiqədə əvəzlənib və Madrid klubunun baş məşqçisi Xabi Alonsodan narazılığını açıq şəkildə bildirib. Oyundan sonra ispaniyalı məşqçi futbolçu ilə danışacağını bildirib.
Oktyabrın 29-da Vinisius etdiyi hərəkətlərə görə üzr istəyib.