Menyu

Qarabağ Universitetinin dekanı Çində Beynəlxalq Festivalda iştirak edib

Operativ Media
Qarabağ Universitetinin dekanı Çində Beynəlxalq Festivalda iştirak edib

Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadə Çin Xalq Respublikasında Zheijang Konservatoriyasında keçirilən VI Hangzhou Beynəlxalq Müasir Musiqi Festivalında iştirak edib.

Universitetdən Operativ Media-ya verilən məlumata görə, festival zamanı bəstəkarın əsərləri Hangzhou Dövlət Filarmonik Orkestri (dirijor: Kyle Pickett, ABŞ) və Moskva Müasir Musiqi Ansamblı tərəfindən səsləndirilib.

Türkər Qasımzadə, həmçinin Artinno Awards kamera operası müsabiqəsinin final mərhələsində münsiflər heyətinin üzvü qismində çıxış edib. Onun Zheijang Konservatoriyasının tələbələri üçün keçirdiyi məruzə böyük maraqla qarşılanıb.

Məruzə zamanı və festivalın açılış mərasimindəki nitqində T.Qasımzadə Qarabağ Universiteti haqqında ətraflı məlumat verib, universitetin tarixi, beynəlxalq əməkdaşlıq istiqamətləri və mədəni inteqrasiya sahəsindəki fəaliyyətindən bəhs edib.

Qeyd edək ki, səfər çərçivəsində keçirilən məhsuldar görüşlər Azərbaycan və Çin musiqi mühitləri arasında yaradıcılıq əlaqələrinin genişlənməsinə, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.

 

Əlaqəli Xəbərlər