Səbail və Xətai rayonlarında qaz olmayacaq
Operativ Media

Sabah Səbail və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Operativ Media xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması və “8-ci Mədən” qaz tənzimləyici məntəqənin daxilində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun H.Salmani küçəsinin, Səbail rayonunun isə Neftçilər prospektinin, Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Z.Əliyeva, İstiqlaliyyət, R.Rza küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.