http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Lənkəranda saxlanılan narkokuryerdən silah və 5 kiloqram heroin aşkarlanıb

03 Mart 2023 , 10:54
Lənkəranda saxlanılan narkokuryerdən silah və 5 kiloqram heroin aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Elçin Əsədov Lənkəran rayonun Göyşaban kəndi ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Keçirilən baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqramdan artıq heroin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.İlkin araşdırma zamanı E.Əsədovun həmin narkotik vasitə və odlu silahı İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi, pul müqabilində deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində son 20 gün ərzində ümumilikdə 28 nəfər saxlanılıb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılıb.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu