Menyu

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı

Operativ Media
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı
1 dəq oxu

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Operativ Media  xəbər verir ki, bu, Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Qarabağ”ın “Çelsi” ilə ev matçındakı heç-heçəsi (2:2) sayəsində mümkün olub.

25-ci pillədə qərarlaşan Azərbaycanın əmsalı 22.250-yə çatıb. 24-cü yerdəki Serbiyanın 22.375 əmsalı var. Sloveniya isə 21.718 əmsalla 26-cıdır.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (100.227) başçılıq edir.

Əlaqəli Xəbərlər