Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub
Nərmin Qocamanlı
Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
"Operativ Media" xəbər verir ki, bu barədəBaş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub. Valeh Qasımov bu təyinata qədər Muxtar Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti vəzifəsində çalışıb.
Teqlər:
"Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub"