Menyu

Ölkə ərazisində istehsal edilən yük avtomobilləri ƏDV-dən azad ediləcək

Operativ Media
Ölkə ərazisində istehsal edilən yük avtomobilləri ƏDV-dən azad ediləcək

Azərbaycan ərazisində istehsal olunan yük avtomobillərinin satışı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

Operativ Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır.

Əlaqəli Xəbərlər