Menyu

Qarnaço: "Düşünürəm ki, biz "Qarabağ"a qalib gəlməli idik"

Əziz Əzizli
Qarnaço: "Düşünürəm ki, biz "Qarabağ"a qalib gəlməli idik"

İngiltərənin “Çelsi” klubunun vingeri Alehandro Qarnaço Bakıda Azərbaycanın “Qarabağ” komandası ilə keçirilən Çempionlar Liqasının əsas mərhələsinin 4-cü tur oyunundakı heç-heçə (2:2) barədə fikirlərini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

“Düşünürəm ki, biz "Qarabağ"a qalib gəlməli idik. Çoxlu qol imkanlarımız oldu. Nəticədən razı deyilik. Biz “Çelsi”yik və hər oyunda qələbə qazanmağa çalışmalıyıq. Buna görə də cəmi bir xal bizim istədiyimiz nəticə deyil. Fasilədə məşqçimiz mənə ən yaxşısını etməyə çalışmağımı dedi. Mən qola imza atdım, amma bu, kifayət etmədi. Fikrimcə, bəli, gözəl qol vurdum. Komandama kömək etmək istəyirdim, lakin qələbə qazana bilmədik. Əlbəttə, bura yolumuz uzun idi. Amma bu, bizim işimizdir və bəhanə ola bilməz”, – deyə Qarnaço bildirib.

Əlaqəli Xəbərlər