Menyu

AFFA Premyer Liqa klublarını cərimələdi

Operativ Media
AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 10-cu turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verib.

Operativ Media  xəbər verir ki, “Neftçi” ilə matçda 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.

75-ci dəqiqədə meydançaya kənar şəxs daxil olduğundan, “Neftçi” 2500 manat cəriməyə məruz qalıb.

“Şamaxı” ilə görüşdə 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə ödəməli olacaq. “Sumqayıt”dan isə 4 nəfər “Araz-Naxçıvan”la qarşılaşmada sarı vərəqə alıb. “Sumqayıt” da eyni məbləğdə cərimə ödəyəcək.

Əlaqəli Xəbərlər