Menyu

Bayram günlərində Qarabağda hotel qiymətləri - SİYAHI

Ayşən Sadıxzadə 14461 baxış
Bayram günlərində Qarabağda hotel qiymətləri - SİYAHI

Azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yeni yolların, hava limanlarının və hotellərin istifadəyə verilməsi bölgəyə olan marağı daha da artırıb. Xüsusilə də Zəfər Günü ərəfəsində Qarabağa səyahət etmək istəyən vətəndaşların sayı artıb.

Operativ Media 8–11 noyabr tarixlərini əhatə edən dövrdə Qarabağda fəaliyyət göstərən hotellərin qiymətləri, şəraiti və xidmətləri barədə araşdırma aparıb.

Xankəndidə yerləşən "Qarabağ" hoteldə bayram günlərində bir gecəlik qiymətlər 260, 360, 460760 manat təşkil edir. Qiymətlərə səhər yeməyi, fitnes zalı və qapalı hovuz daxildir. Adi günlərdə eyni şərtlərlə qiymətlər 240, 340, 440740 manat aralığındadır.

"Palace" hoteldə 8–11 noyabr tarixlərində bir gecəlik qiymətlər 190 manatdan başlayır. Lakin bu qiymət 1-ci mərtəbədə yerləşən, ölçüsü kiçik və panoraması məhdud otaqlara aiddir. Daha komfortlu otaqlar 230, 300 və 650 manat arasında dəyişir. Qiymətlərə səhər yeməyi, fitnes və qapalı hovuz daxildir. Otaqların hamısı 2 nəfərlikdir. Adi günlərdə qiymətlər 150 manatdan başlayır və daha yaxşı otaqlar 190, 250 və 500 manat civarındadır.

"Bulud" hoteldə bayram günlərində bir gecəlik qiymətlər 230 manatdan başlayır. Otaqların qiyməti 230, 250, 280, 300650 manat arasında dəyişir. Qiymətə səhər yeməyi, fitnes və qapalı hovuz daxildir. Adi günlərdə isə qiymətlər 190 manatdan başlayır və 190, 210, 250, 270, 550 manat aralığındadır.

"Abdallar" Laçında təbii mühitdə, dağ mənzərəsi və komfortlu şəraiti ilə seçilir. Bayram günlərində (8 noyabr giriş, 9 noyabr çıxış) yerlər doludur. Həm bayram, həm də adi günlərdə bir gecəlik qiymət 60 manat təşkil edir, lakin yemək qiymətə daxil deyil.

"Həkəri Riverside" Laçın bölgəsində, Həkəri çayının sahilində yerləşir. Təbii mənzərə və sakit mühitə üstünlük verənlər üçün münasib seçimdir. İki nəfərlik otaqlar 50 manat, dörd nəfərlik otaqlar isə 80 manatdır. Bayram və adi günlərdə qiymətlər eynidir.

"Şuşa" hoteldə otaq qiymətləri 1 gecə, 2 nəfərlik qalmaq üçün 190 AZN-dən başlayır. 8–11 noyabr tarixlərində isə otaqların qiyməti 210 AZN-dən başlayır.

Hazırda hotelin vebsaytı üzərindən rezervasiya edən qonaqlar üçün xüsusi 10% endirim təklif olunur. Qeyd etmək lazımdır ki, bu endirim 8–11 noyabr tarixlərinə şamil edilmir.

Şuşada yerləşən "Qarabağ" hoteldə 8-11 noyabr tarixlərində iki nəfər üçün bir gecəlik qiymət 180 AZN-dir. Qiymətə yalnız səhər yeməyi daxildir. 

Adi günlərdə standart otaqlarda iki nəfərlik qiymət 147 AZN, suit otaqlarda isə 200-350 AZN-dir. 

Qeyd edək ki, Şuşada yerləşən "Yasəmən" hotel mövsümlə əlaqədər olaraq müvəqqəti fəaliyyət göstərmir. "Xarı Bülbül" hoteli isə təmirlə əlaqədər olaraq müvəqqəti bağlanıb.

Əlaqəli Xəbərlər