Sabah qısaldılmış iş günüdür? - RƏSMİ
Ayşən Sadıxzadə
Xəbər verdiyimiz kimi, 8, 9, 10 və 11 noyabr tarixlərində ölkə üzrə ardıcıl dörd gün qeyri-iş günü olacaq.
Operativ Media xəbər verir ki, 8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü həftə sonuna təsadüf etdiyindən, bu günlərin əvəzində 10 və 11 noyabr tarixləri də qeyri-iş günü elan edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Operativ Media-ya bildirilib ki, 7 noyabr (sabah) günü qısaldılmış iş günü olacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş gününün müddəti bir saat qısaldılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net