"Real Madrid"in fransız futbolçusu zədələndi
Əziz Əzizli

"Real Madrid"də daha bir əsas oyunçu zədələnib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Aurelien Tçuameni uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Bu gün “Real Madrid”in tibbi xidməti tərəfindən Aurelien Tçuameninin müayinəsi aparılıb. Müayinənin nəticələrinə əsasən, onun sol budunun yarımquru (semitendinoz) əzələsində zədə müəyyən edilib.
Keçən ayı cəzalı olduğu üçün buraxan Aurélien Tçuameni yenidən Fransa millisinin noyabrdakı beynəlxalq fasiləsini buraxacaq. Onun Ukrayna və Azərbaycana qarşı oyunlar üçün Didye Deşamın heyətində yer alacağı gözlənilsə də, "Real Madrid"in yarımmüdafiəçisi əzələ zədəsi səbəbindən milliyə çağırılmayacaq.