Azərbaycan millisinin baş məşqçisi: "Fiziki cəhətdən zəif təsir bağışladıq"

"Fiziki cəhətdən çox geri qalırıq".
Operativ Media xəbər verir ki, bunu bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Özbəkistanla keçirilən matçla bağlı Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviçin azfutzal.az-a açıqlamasında deyib .
O, finala gedən yolun son matçdan asılı olacağını bildiirb.
“Bu oyunda fiziki cəhətdən zəif təsir bağışladıq. Çünki birinci oyunda fiziki və emosional gücümüzü çox sərf etdik. Ona görə də ikinci görüşə hazırlaşmaq çətin oldu. Uşaqlarla danışdıq, onlar da etiraf etdiklər ki, əvvəlcədən dediklərimizi tətbiq etmək lazım idi, amma biz hər şeyi tərsinə etdik. Yenə xüsusi vurğulamaq istəyirəm ki, fiziki cəhətdən çox geri qalırıq. Bu oyunu unutmalı, qrupdakı son matçımıza köklənməliyik. Çünki mübarizəni davam etdirib-etdirməyəcəyimiz, finala gedən yol həmin matçın nəticəsindən asılıdır. Heyətimizdə olan gənclərə meydanda müəyyən qədər vaxt verdik. Onlar bu cür yarışda ilk dəfədir ki, iştirak edirlər. Emosiyalarımız da bir qədər dözmədi. Bəzi epizodlarda gücümüzü qorumağa çalışırdıq, əvəzində qapımızda qol görürdük. Nəticə çıxarmalı, noyabrın 8-dək oyuna hazırlaşmalıyıq”.