"Ayaks" Bakıya yeni baş məşqçi ilə gələcək
Əziz Əzizli

Niderlandın “Ayaks” klubu baş məşqçi Con Heytinqanı vəzifəsindən azad edib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mütəxəssisin 2027-ci il iyunun 30-dək nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib
Eyni qərar köməkçi məşqçi Marsel Keyzerə də şamil olunub. “Ayaks” yeni baş məşqçi axtarışına başlayıb. Komandanı müvəqqəti olaraq Fred Qrim çalışdıracaq.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 10-da Bakıda "Ayaksı qonaq edəcək.