Menyu

Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək

Əziz Əzizli
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək

8–9 noyabrda Fransanın paytaxtı Parisdə kata üzrə dünya çempionatı keçiriləcək.

Operativ Media xəbər verir ki, Azərbaycan yarışda 4 cüdoçu ilə təmsil olunacaq. İdmançılarımız “nage-no-kata” və “katame-no-kata” üzrə çıxış edəcəklər.

Turnirdə 37 ölkədən 466 cüdoçu qüvvəsini sınayacaq. 

Nage-no-kata

İsmayıl Rzayev – tori (hücum edən idmançı) 

Samir İsmayılov – uke (hücum edilən idmançı) 

Katame-no-kata

Rafiq Nəcəfov – tori

Əmrah Əhmədov – uke

Əlaqəli Xəbərlər