Menyu

Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

Operativ Media
Azərbaycanın gənc cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

Noyabrın 8-dən 9-dək Macarıstanın Dyör şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

Operativ Media  xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda Azərbaycan 5 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Təmsilçilərimizdən Nazim Kamilov (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Yaqub Məmmədov, Nihat Zülfüqarov (hər ikisi 73 kq) və Əmir Xəzriyev (90 kq) qalib olmağa çalışacaq.

Qeyd edək ki, turnirdə 30 ölkədən 531 idmançı iştirak edəcək.

Əlaqəli Xəbərlər