Operativ Media Almaniya mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu Viktor Bonifase ilə danışıq aparır.
“Qara qartallar” 24 yaşlı forvardı transfer etmək üçün “Bayer”lə razılıq əldə etməlidir. Çünki Bonifase 2028-ci il iyunun 30-na qədər Leverkuzen klubuna məxsusdur.
O, hazırda “Verder”də (Bremen) icarə əsasında oynayır.
Nigeriya millisinin forvardı əvvəllər “Real Safir”, “Lefke”, “Bodo Qlimt”, “Union SG” komandalarında çıxış edib.