Menyu

Bəxtiyar Məmmədov: Bakı Metropolitenində qatarların sayı 36-ya çatdırılacaq

Operativ Media
Bəxtiyar Məmmədov: Bakı Metropolitenində qatarların sayı 36-ya çatdırılacaq

Bu ilin sentyabr ayından metropolitendə intervallar aşağı salınıb. Hazırda qatarların hərəkət intervalı texniki baxımdan ən aşağı səviyyəyə endirilib.

Operativ Media  xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda qatarlar arasında ilk dəfə olaraq 2 dəqiqədən də az - 1 dəqiqə 45 saniyəlik interval tətbiq olunub. Bu isə deməkdir ki, xəttdə olan qatarların intensivliyi artmalıdır:” Bu səbəbdən daha 2 qatarın Bakıya gətirilməsi təmin edilib. Hazırda 4-cü nəslə mənsub 3 qatar xəttə buraxılacaq. Qatarlar müasir dövrün standartlarına cavab verir. İlin sonunadək daha 3 qatar xəttə buraxılacaq. Beləliklə, Bakı Metropoliteninin vaqon parkında olan yeni nəsil vaqonların sayı 180-ə, qatarların sayı isə 36-ya çatdırılacaq. Bu isə o deməkdir ki, Bakı Metropoliteninin vaqon parkı artıq yeni nəsil qatarlardan ibarət olacaq”, - deyə B.Məmmədov qeyd edib.

Əlaqəli Xəbərlər